ÇıxışYolu.Com – Həmyerlimizin qolu komandasına qələbə qazandırdı: Oyunun ən yaxşısı seçildi

Baxış sayı: 2. 315 dəfə baxılıb.

ÇıxışYolu.Com - Həmyerlimizin qolu komandasına qələbə qazandırdı: Oyunun ən yaxşısı seçildi

Rusiya Premyer Liqasında XIX turun oyunları davam edir. 

ÇıxışYolu.Com xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” turu səfərdə keçirib. 

Sözügedən komanda Qroznıda “Axmat”la üz-üzə gəlib. 

Həmyerlimiz görüşə start heyətində başlayıb və sona qədər meydanda olub. 

Azərin 10-cu dəqiqədə vurduğu qol komandasına qələbə qazandırmaqla yanaşı, özünün də oyunun ən yaxşı seçilməsinə səbəb olub. 

Qeyd edək ki, 19 oyundan sonra aktivində 25 xal olan “Ufa” turnir cədvəlinin 7-ci pilləsində qərarlaşıb.