Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolları aşkar edilərək götürülüb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun yaydığı xəbərə görə, mayın 27-də Şəmkir RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Könüllü kənd sakini Tanrıverdi Verdiyev saxlanılıb.
Əvvəlcədən daxil olmuş məlumat əsasında keçirilən əməliyyat zamanı T.Verdiyevə məxsus evin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli 9 ədəd 100-160 sm hündürlüyü olan çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Sahəyə baxış hal şahidlərinin iştirakı ilə keçirilib. Götürülmüş maddi sübutlar bioloji ekspertizaya təqdim olunub.
Dindirilmə zamanı həmin şəxs çətənə kollarını şəxsi istifadə məqsədi ilə özü becərdiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.