ÇıxışYolu.Com - Hadisə gözəllik üçün sərvət xərclədi

ÇıxışYolu.Com – Hadisə gözəllik üçün sərvət xərclədi

Baxış sayı: 2. 266 dəfə baxılıb.

Türkiyənin tanınmış pop ifaçısı Hadisə görünüşünü dəyişmək üçün sərvət xərcləyib.

“Haberler”in məlumatına görə, son vaxtlar artıq çəkilərinə görə qınaq obyektinə çevrilən müğənni arıqlamağın yolunu tapıb.

Hadisə özəl dietoloq və idman müəlliməsinə 30 min lirə (9 min manat) xərcləyib. Bunun sayəsində Hadisə bir aya altı kilo arıqlaya bilib.

Məşhur dietoloq və idman müəllimi Şeyda Coşkunla işləyən müğənni istədiyi nəticəni əldə edə bilməyib. Seda Çayhanla anlaşan müğənni dietoloqa 20 min lirə, özəl idman müəlliminə isə 10 min lirə ödəyib.

Hadisə bununla yanaşı, bədəninin müxtəlif nahiyələrində də müəyyən estetik əməliyyatlar etdirib.

Qeyd edək ki, Hadisə hər zaman kilolarına görə Türkiyə mətbuatında tənqid olunub.

Sevinc Yasinqızı