ÇıxışYolu.Com – Hakim ayağını sındırdı, lakin oyunu axıra kimi idarə etdi

Baxış sayı: 2. 146 dəfə baxılıb.

ÇıxışYolu.Com - Hakim ayağını sındırdı, lakin oyunu axıra kimi idarə etdi

Hollandiya kubokunun “Kvik Boys”-“Katveyk” 1/64 final qarşılaşmasında hakim Rob Diperink ayağını sındırıb, lakin axıra kimi oyunu idarə edib.

Hadisənin videosu “Fox Sports”un “Twitter” səhifəsində yerləşdirilib.

Oyunun əsas vaxtı bitənə yaxın hakim ayağında ağrı hiss edərək futbol meydançasına həkimləri çağırıb. İlkin tibbi yardımdan sonra Diperink daha 30 dəqiqə əlavə vaxtda hakimlik edib. Oyun 3:2 hesabı ilə “Katveyk”in xeyrinə bitib.

Matçdan sonra hakim tibbi müayinədən keçib və onda topuğunun sınığı aşkarlanıb. Hollandiyalı qeyri-müəyyən müddətə futboldan kənarda qalmalı olacaq.