Futbol üzrə Portuqaliya çempionatının XXXI turunda autsayderlərdən sayılan “Şaviş” və “Nasional” komandaları arasında keçirilmiş görüşdə maraqlı hadisə baş verib.
ÇıxışYolu.Com xəbər verir ki, 56-cı dəqiqədə baş hakim Luiş Qodinyu matçı saxlayıb.
Buna səbəb onun köməkçisi Jorje Kruzun qarnının ağrıması olub. Laynsman hakimlər briqadasının paltardəyişmə otağının açarını alaraq tualetə gedib.
Onun qayıtması təxminən iki dəqiqə çəkib. Yan xətt hakimi meydançaya daxil olarkən klub həkimlərindən birindən qarınağrısı dərmanı almağı da unutmayıb.
Daha bir gülməli hadisə isə baş hakimin köməkçisinə zarafatla qırmızı vərəqə göstərməsi olub.
Qeyd edək ki, bu matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Səbuhi MUSAYEV