ÇıxışYolu.Com – Halı pisləşən idmançı digər atletin köməyilə yarışı başa vurdu

Baxış sayı: 2. 220 dəfə baxılıb.

ÇıxışYolu.Com - Halı pisləşən idmançı digər atletin köməyilə yarışı başa vurdu

Qvineya-Bisaunu təmsil edən atlet Braima Sunkar Dohada keçirilən Dünya Çempionatının 5000 metr məsafəyə kvalifikasiya qaçış yarışında Dabo Arubnun nümayəndəsi Conatan Basbiyə finişə çatmağa kömək edib.

“TASS” xəbər verir ki, kişilər arasında keçirilən qaçış yarışında Arubadan olan idmançı havanın çox isti olduğu üçün özünü pis hiss edib və məsafəni qət etməkdə çətinlik çəkib. Bunu görən Qvineya-Bisau təmsilçisi sonuncu dövrənin əvvəlində onun qolundan tutaraq azarkeşlərin alqışları altında yarışı başa vurmağa kömək edib.

Buna baxmayaraq Basbinin qaçış zamanı göstərdiyi vaxt hesaba alınmayıb.

Qeyd edək ki, hər iki idmançı turnirdə ölkələrinin yeganə nümayəndələridir.