Astara Rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq, cəmiyyətə qarşı açıq hörmətsizlik edən, eləcə də piyadalara və yol hərəkəti iştirakçılarına ciddi təhlükə yaradan sürücü saxlanılıb.
Astara rayon Dövlət Yol Polisi Bölməsinin əməkdaşı, mayor İlqar Rəhimzadənin ÇıxışYolu.Com-a verdiyi məlumata görə, saxlanılan Astara şəhər sakini Vüsal Hüseynovun “Mercedes” markalı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsi məlum olub.
Qeyd edək ki, Vüsal Hüseynov Lənkəran Hava Limanının əməkdaşıdır.
İntizamsızlıq edən, yol hərəkəti qaydalarını kobud şəkildə pozan həmin şəxs barəsində Astara RPŞ-nin DYPB-nin əməkdaşları tərəfindən inzibati qaydada protokollar tərtib olunaraq, baxılması üçün Rayon Məhkəməsinə göndərilib.
Rövşən Mövlan