İstanbulda özəl klinikların birində övladı dünyaya gələn məşhur aktrisa Hazal Kaya artıq Fikrət Əli adlı körpəsi ilə birlikdə evə buraxılıb.
Doğumu zamanı onu tək qoymayan həyat yoldaşı Ali Atay xəstəxana çıxışında da Hazalı qarşılayıb. Hazal həyat yoldaşının köməyi ilə maşına minib. Onun yorğun görkəmi gözdən qaçmayıb. Yeni ananın hələ də ağrı çəkdiyi deyilir.
Jurnalistlər Hazalın xəstəxana çıxışını səbrsizliklə gözləsələr də, cütlük onlardan gizlənməyə çalışıb. Amma onların bir neçə fotosu çəkilərək mediaya sızıb.