Azərbaycan cüdoçusu Hidayət Heydərov II Avropa Oyunlarında təsəlliverici görüşdə erməni rəqibi Ferdinand Karapetyanı məğlub edib.
ÇıxışYolu.Com xəbər verir ki, o, daha əvvəl Rüstəm Orucovun məğlub etdiyi Karapetyanı Golden Score-da ippona salıb.
Qeyd edək ki, Hidayət Heydərov bürünc medal uğrunda mübarizə aparacaq.
14.40
II Avropa Oyunlarında azərbaycanlı cüdoçu Rüstəm Orucov erməni rəqibini məğlub edib.
ÇıxışYolu.Com xəbər verir ki, Orucov Ferdinand Karapetyana vazari fəndi ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb.
Qeyd edək ki, bu, Azərbaycan idmançılarının Avropa Oyunlarında ermənilər üzərində üçüncü qələbəsidir.
Hidayət Heydərov isə yunan rəqibinə uduzaraq təsəlliverici yarışa qatılacaq. O, Karapetyanla qarşılaşacaq.
14.04
II Avropa Oyunlarında bu gün cüdo yarışlarının ikinci gününə start verilib.
ÇıxışYolu.Com-ın Minskə ezam olunmuş əməkdaşı xəbər verir ki, Azərbaycan təmsilçilərindən Rüstəm Orucov (-73 kq) yarımfinala adlayıb.
28 yaşlı idmançımız 1/16 finalda monteneqrolu, 1/8 finalda italiyalı rəqibini ippona salıb. Onun 1/4 finaldakı rəqibi erməni Ferdinand Karapetyan olub.
Bu çəki dərəcəsindəki daha bir cüdoçumuz Hidayət Heydərov isə 1/16 finalda macarıstanlı rəqibini məğlub edib. O növbəti rəqibi israilli Din Yaakov Qemeri ippona salaraq 1/4 finala çıxıb.
Qadınların yarışında Nuriyyə Axundova (-63 kq) 1/16 finala təsadüf edən ilk görüşündəcə rumıniyalı rəqibinə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, ilk yarış günündə Azərbaycanın 7 təmsilçisinin hamısı medalsız qalıb.
Səbuhi MUSAYEV