“Globe” nəşrinin məlumatına görə, Hollivudun məşhur 55 yaşlı aktyoru Kianu Rivs və 46 yaşlı sevgilisi Aleksandra Qrant evlənməyə hazırlaşırlar. Cütlüyün yaxın dostu, adını anonim saxlayaraq jurnalistlərə Kiano ilə Aleksandranın planları barədə məlumat verib.
Bildirilib ki, aktyor çiçək və şam ilə bəzədiyi mənzildə Aleksandraya evlənmə təklifi edib. İddiaya görə, əsas sualı yemək zamanı Rivs sevimli sənətçisi Frank Sinatranın mahnısının sədaları altında Aleksandraya verib və ondan “bəli” cavabını alıb.
Bunun nə vaxt baş verdiyi barədə məlumat verilmir. İndi cütlük Amerika mediasının yazdığı kimi, toya fəal hazırlaşır. Aktyorun pərəstişkarları isə yalnız cütlüyün rəsmi açıqlamasını gözləyir.
Xatırladaq ki, Kiano ilə Aleksandra 2009-cu ildə tanış olublar. Aktyor bir kitab çap etdirməyi düşünür, bunun üçün isə illüstrator axtarır. Rivsin tanışları rəssam Aleksanrda Qrantı ona tövsiyə ediblər. 2011-ci ildə “Xoşbəxtliyə Ode” kitabını nəşr edib, 2017-ci ildə onlar dizayner Cessika Fleişmann ilə birlikdə “X Artists’ Books”u təsis ediblər. Birgə iş Rivslə Aleksandranı daha da yaxınlaşdırıb və cütlüyün münasibətləri yeni səviyyəyə çatıb.
Məşhurlar cütlük olaraq bir neçə həftə öncə ictimaiyyətin önünə çıxıblar.
Rəşad Əliyev