TMZ portalı bildirir ki, dünya şou-biznesin ən nüfuzlu cütlüklərindən biri ayrılıb.
Söhbət Kali Cenner və Travis Skottdan gedir.
Avqustun sonunda dünyanın ən gənc milyarderi ilə populyar reper Skottun həyat və yaradıcılığına həsr olunan “Bax, ana, mən uça bilərəm” sənədli filminin premyerasına bir yaşlı qızı Stormi ilə qırmızı xalçaya çıxsalar da, onların nümayiş etdirdikləri xoşbəxt ailə tablosu zədələnib.
Mənbə bildirib ki, cütlük İtaliyada ortaq tətil təşkil edərək, ailələrini xilas etməyə çalışsalar da, bir neçə həftə sonra münasibətlərinə son qoymağa qərar veriblər.
Cütlüyün iki illik sevgi münasibətlərinin uğursuz başa çatması ilə bağlı şayiələr ilk dəfə yazda mətbuata sızmışdı. Bu xəbərin ardınca Travisin Kaliyə xəyanət etdiyi kimi məlumatlar mediada yayılmağa başladı. Lakin cütlük bu kimi xəbərlərin yalan olduğunu söyləyərək, təkzib vermişdilər.
İndi Cenner özünə xas olan köhnə sosial şəbəkə hesabında ənənəsini pozaraq, sevgilisini yada belə salmayıb. O, qızı Stormi və ailəsi ilə birlikdə Castin və Haley Biberin toyuna qatılaraq, xoşbəxt tablo yaratmağa çalışıb.
Rəşad Əliyev