ÇıxışYolu.Com - Homoseksualların güllələnməsini istəyən Şeyx Əbdül: Kaş o şey üstündə onları öldürəydilər

ÇıxışYolu.Com – Homoseksualların güllələnməsini istəyən Şeyx Əbdül: Kaş o şey üstündə onları öldürəydilər

Baxış sayı: 2. 207 dəfə baxılıb.

ÇıxışYolu.Com - Homoseksualların güllələnməsini istəyən Şeyx Əbdül: Kaş o şey üstündə onları öldürəydilər

Məşhur rejissor, Xalq artisti Əbdül Mahmudov canlı efirdə homoseksuallardan danışıb.

ÇıxışYolu.Com xəbər verir ki, “Xəzər” TV yayımlanan “Hər şey daxil” proqramına qonaq olan Mahmudov homoseksuallar barədə işlətdiyi “Elə adamları öldürmək, asmaq lazımdır” kəlmələrinə aydınlıq gətirib.

Rejissor, verilişin aparıcısı Tarix Əliyevin (Tolik) “Bu sözdən sonra gedib kimsə cinayət törətsə, necə olacaq” sualına ikibaşlı cavabı ilə nöqtə qoymağa çalışıb:

“Kaş o şey üstündə onları öldürəydilər, məni də gəlib tutaydılar. Mənə elə sualla müraciət etdilər. Əxlaqı, mənəviyyatı olan xalqın nümayəndəsi kimi murdar təzahürləri qəbul etmirəm.

Əgər bir kişi öz vücudunu müdafiə edə bilmirsə, bundan bir vətəndaşlıq gözləməli deyilik. Hər şeyi Avropanın ayağına yazmayaq. Avropada 48 xalq, 48 dövlət var, biz kimə istinad edirik? (oxşayırıq – red.) Avropa ümumi anlamdır”

Qeyd edək ki, Xalq artisti, tanınmış rejissor-aktyor Əbdül Mahmudov homoseksualların televiziya ekranlarına çıxması ilə bağlı mövzuya münasibət bildirərkən sərt fikirlər səsləndirib. O, güllələnmənin bərpa olunmasını və cinsi azlıqların güllələnməsini istəyib.

Rəşad Əliyev