Türkiyənin milli müdafiə naziri Hulusi Akar rəsmi Ankara ilə ABŞ-ın Suriya böhranının həlli ilə bağlı danışıqlar apardığını açıqlayıb.
NTV xəbər verir ki, Hulusi Akar Türkiyə və ABŞ-ın birgə hərəkat mərkəzinin yaxın zamanlarda qurulacağını bildirib.
“Bizim B və C planlarımız hazırdır, bununla bağlı addımlar atacağıq”, – deyə H.Akar əlavə edib.
Nazir Suriyada “sülh dəhlizi”nin eninin 30-40 kilometr olmasının vacibliyini vurğulayıb.
O, Rusiyadan alınan S-400 hava hücumundan müdafiə sistemlərinin ikinci batareyasının yerləşdirilməsi üçün məkanların seçilməsi istiqamətində işlərin görüldüyünü də diqqətə çatdırıb.