ÇıxışYolu.Com – İbrahimoviçə qarşı irqçi hücum

Baxış sayı: 1. 755 dəfə baxılıb.

İsveçli futbolçu Zlatan İbrahimoviçin Stokholmdakı evinin qapısına irqçi yazı yazılıb.

ÇıxışYolu.Com xəbər verir ki, uzun illərdir “Malmö” klubunda oynayan İbrahimoviçin komandanın əzəli rəqibi olan “Hammarbi”nin səhmlərinin yarısını satın almasından sonra futbolçuya istiqamətlənmiş irqçi hücumlar davam edir.

Məşhur futbolçunun paytaxt Stokholmda olan evinin qapısına İsa peyğəmbərə xəyanət edən səvarisi İudanın adı yazılıb.

Hüquq-mühafizə orqanları təcavüzkarları tapmaq üçün araşdırmaya başlayıb.

Bir gün öncə də ulduz futbolçunun Malmödə iki ay əvvəl ucalan heykəlinin olduğu bölgəyə qədim yuqoslav dilində istifadə edilən “Cigani dö” (Qaraçıya ölüm) şəklində irqçi şüar yazılmış və heykəli yandırılmışdı.