ÇıxışYolu.Com - “IDEAL”ın yaradıcısının yeni biznesi

ÇıxışYolu.Com – “IDEAL”ın yaradıcısının yeni biznesi

Baxış sayı: 2. 537 dəfə baxılıb.

ÇıxışYolu.Com - “IDEAL”ın yaradıcısının yeni biznesi

ÇıxışYolu.Com “MONTELEONE” quru təmizləmə şəbəkəsinin təsisçisi və sahibkarı İlqar İsmayılovla müsahibəni təqdim edir:

İlqar İsmayılov – MONTELEONE quru təmizləmə şəbəkəsinin təsisçisi və sahibkarıdır. O, vətənində uğurlu biznes qurmağı bacarıb. İlqar İsmayılov buna necə nail oldu və onun nailiyyətlərini təkrarlamaq asandırmı?

– Nəyə görə məhz quru təmizləmə? Bu biznes ideyası necə yarandı?

– Mən 18 il ərzində parfümeriya və kosmetika sektorunda liderə çevrilmiş bir şirkəti yaradıb idarə etmişəm. Ölkə bazarının ümümi həcminin 23 faizindən çox payına malik olan şirkətimiz ildən ilə xidmət keyfiyyətini daha da yaxşılaşdırmağa və minlərlə müştərimizə xoşbəxtlik zərrəcikləri bəxş etməyə çalışıb.

Daha sonra əldə etdiyim bilik və təcrübəmi başqa bir biznes sahəsində tətbiq etmək istədim. Azərbaycan bazarına uyğun qiymətə, xeyirli və keyfiyyətli xidmət təklif etmək böyük arzum idi.

Ölkədə premium quru təmizləmə yox idi, lakin ona olan tələbat cari təkliflərdən daha çox idi. Quru təmizləmələrə daim müraciət edən və keyfiyyətdən razı qalan müştərilər üçün belə, buradakı xidmətlər baha başa gəlirdi. Bu səbəbdən ən böyük məqsədim keyfiyyəti qoruyub saxlayaraq müştərilərə uyğun, əlverişli şərtlər yaratmaq idi.

Baxmayaraq ki, “MONTELEONE” premium quru təmizləmə butikidir, biz müştərilərimizə keyfiyyətli xidməti münasib qiymətə təklif edirik. Hal-hazırda bizdə evə çağırılma, kimyəvi təmizləmə, həmçinin dərzi xidmətləri fəaliyyət göstərir. Premium xidmət növlərini daha da genişləndirməyi düşünürük. Hazırda tez bir zaman ərzində dəri məhsullarının, çanta və aksesuarların təmiri və rənglənməsini də planlaşdırırıq.

– İşinizdə hansı çətinliklər ola bilər və onların öhdəsindən necə gəlməyi planlaşdırırsınız?

– İlk olaraq, lazımi səviyyənin qorunub saxlanılması vacibdir. Hal-hazırda bazarda quru təmizləmə çoxdur. Bu səbəbdən, daim texnologiyaları yeniləmək, yeni avadanlıqlar almaq, istehsalatı genişləndirmək lazım olacaq. Texnikamızı əsasən Avropadan alırıq və İtaliya istehsalına üstünlük veririk. Müəssisədə tək bir cihazın qiyməti bahalı marka avtomobilin qiymətinə bərabərdir. (gülümsəyir)

İkinci – detalların dərindən öyrənilməsi. “MONTELEONE” – ilk kimyəvi təmizləmə şirkətlərindən biridir ki, silikon əsasında təmizləmə həyata keçirən cihaza malikdir. Bu tekstil məhsullarının ən ehtiyatlı və tamamilə ekoloji emalı növüdür.

Əksər hallarda məşhur dizaynerlərin yaratdığı geyimlər və digər məhsullar birləşdirilimiş, kombinə edilmiş parçalardan olur. Məsələn, kəşmir və zamşa. Bu məhsulların isə yalnız selikon əsasında işləyən maşınlarda təmizlənməsi mümkündür.

Üçüncü məqam – imkansız olanı reallaşdırmaq. Siz əşya alarkən onun üzərindəki etiketə fikir verirsinizmi? Çox ehtimal ki, yox. Amma əksər hallarda, həmin etiketlərdə kimyəvi təmizlənmənin mümkün olmadığı vurğulanır. O zaman belə qənaətə gəlmək olar ki, aldığımız əşya birdəfəlik istifadə üçündür.

Bəs, ona böyük miqdarda pul xərcləmişiksə  və onu itirmək istəmiriksə?! Çıxış yolu – yalnız kimyəvi təmizləmədir. “MONTELEONE” butikində peşəkar texnoloqlar məhsulu xilas etməyə çalışır: onlar ehtiyatla və səliqə ilə təmizləməni başa çatdırıb, əşyaya ilkin görünüşünü bəxş edərək, onu sahibinə təhvil verirlər.

Biz hər zaman imkansızı mümkün etməyə və müştərilərimizə kömək etməyə çalışırıq, çünki onların əksəriyyəti bizim dostlarımıza çevrilir. Dostlara isə necə kömək etməyəsən?

Nəhayət, dördüncü məqam – nəyin bahasına olur olsun, nəticə əldə etmək. Elə hallar da olur ki, müştəri əşyanı təmizlətdirməyə gətirir, lakin teksturuna görə həmin əşya əlavə emal mərhələlərindən keçməlidir. Təmiz və ideal nəticə əldə etmək üçün nə edəcəyimiz müştəriyə maraqlı deyil.

Biz bunu anlayırıq, məsələnin həlli yolunu tapırıq və əlavə manipulyasiyalara görə müştəridən vəsait almırıq. Mənim müştəriyönümlü bir komandam var və biz hər zaman problemi dərk etməyə, müştərilərimizə qarşılıq verməyə və bəzən iş gedişatında ödənişsiz xidmətlər əlavə etməyə çalışırıq. Bizim üçün müştərinin gözəl nəticə əldə etməsi və razı qalması çox önəmlidir.

İşinizdə ən pozitiv məqamlar hansıdır?

– Müsbət rəy almaq. Razı qalmış və xoşbəxt müştəriləri görmək mənim üçün çox xoşdur. Anlayırsan ki, gördüyün iş boş yerə deyil və müştəri yenə də geri qayıdacaq. Yeri gəlmişkən, onların əksəriyyəti açılış günündən indiyədək bizimlədir və bizi daima tövsiyə edirlər.

Bizə tez-tez təşəkkür edirlər, bu isə xidmət sahəsində nadir hallardan biridir. İnsan xidməti bəyəndiyi zaman bunu bir qayda kimi qəbul edir. 

– Kimyəvi təmizləməyə ev heyvanlarından başqa nəyi qəti sürətdə təhvil vermək olmaz? (gülümsəyir)

– Sevimli ev heyvanlarınızdan başqa – düzgün qeyd etdiniz. Ümumiyyətlə, onlar yarandığı kimi gözəldir. Bu suala birmənalı cavab yoxdur. Komandamızın texnoloqları artıq tekstil emalının bütün üsullarına yiyələniblər. İstehsalat komandamıza Türkiyədən yeni ekspert də qatılıb.

O, öz vətənində illər boyu bu sahədə çalışan və öz işinin mütəxəssisidir. Bu öz komandana “3 mişlen ulduzlu” restoranın baş aşbazını daxil etməyə bərabərdir.

Əgər siz paltarınızı çirkləndirmisinizsə, sizə nəyi dəqiq etmək olmaz, onu deyə bilərəm:

1. Qətiyyən nəm salfet ilə ləkəni sürtmək olmaz. Çünki salfetin xüsusi tərkibi sonradan bu ləkəni çıxarmaqda problem yaradacaq. Siz nəm salfetlə ləkəni ehmalca silə bilərsiz, amma sürtmək qəti qadağandır!

2. Ləkəni yüksək temperaturda yumaq olmaz. Bu zaman ləkə yerini bərkidir və onu təmizləmək çox çətin olur. 

3. “Dədə-baba üsulları hər zaman təsirli olmur”. Çox vaxt insanlar ev üsullarını tətbiq edirlər. Lakin effekt əldə edə bilmirlər. 

– Personal seçimi ilə özünüz məşğul olursunuz? Kimi heç bir halda işə götürməzsiniz?

– Bütün personalın özüm tərəfindən seçilməsi real deyil. Mən mütəxəssisləri seçirəm. Onlarla birbaşa işləyirəm. Kolleqalarımla bilavasitə əlaqədə oluram. Onlar isə öz istiqamətlərində çalışırlar. Heç bir halda hirsli, depressiv, qaraqabaq insanı işə götürmərəm. Qısa zaman ərzində çox gözəl və fərqli kollektiv formalaşıb: gənc, savadlı, həssas, təşəbbüskar və ambisiyalı. Mənim möhtəşəm komandam var!

– Deyirlər, kimyəvi təmizləmədə çalışmaq ziyanlıdır, hər gün süd içmək lazımdır, bu nə qədər həqiqətə uyğundur?

– Yox. Bunların hamısı nağıldır. SSRİ-də çox sərt kimyəvi təmizləmə üsulundan – perxloretilendən istifadə olunurdu. Onun buxarı zərərli hesab edilirdi, lakin bu sübut olunmayıb. Eləcə də, süd haqqında: əvvəllər hesab olunurdu ki, təbii marmeladın tərkibində olan pektin azad radikalları özünə çəkir və insan sağlamlığına müsbət təsir göstərir. Lakin bu gün bütün bunlar keçmişin qalıqlarıdır.

Bizim istehsalat tamamilə ziyansızdır və bütün vasitələr zərərsizdir. Biz onları Avropadan alırıq. Orada isə hər kəs ekoloji məhsullara üstünlük verir. Məsələn, İtaliyada dövlət ekologiya üzrə bütün müəssisələri yoxlayır. Bu istiqamətdə bütün şirkətlər öz nailiyyətləri ilə fəxr edirlər.

– Kimyəvi təmizləmə açmaq üçün nəyi bilmək və nəyi bacarmaq lazımdır?

– Özünüzə sual verin: “Sizə bu lazımdırmı?”. Bir çoxları mənə deyir: “Sənin necə gözəl biznesin var”. Lakin bu gözəlliyə gətirib çıxaran ağır iş haqqında heç kəs düşünmür. Məsələ tək quru təmizləmə açmaqdan getmir. Əsas məsələ şəbəkəni genişləndirmək və biznesi gəlirli etməkdir. Bu böyük zəhmət tələb edir.

Bu nəhəng əmək və böyük sərmayələr tələb edir. Satış və istehsal incəliklərini dərk etmək iş prosesində əlaqə spesifikasını anlamaq çox önəmlidir. (Zəncirdən əgər bir insan çıxarsa, proses pozular).

Eyni zamanda bu sahədə olan peşəkarları tapmaq önəmlidir. Əlbəttə, əvvəlcədən hər kəs düşünür ki, bu sahə daha da asan olacaq. Əgər daxili enerji varsa, işini sevirsənsə, dağı dağ üstünə qoymaq olar – bizim halda isə həmin o dağları təmizləmək də olar. (gülümsəyir)

– Rəqiblərdən necə üstün olmaq olar?

– Gördüyün işi sevmək, daim çalışmaq və inkişaf etmək lazımdır. Mən yalnız dünya tendensiyalarına istiqamətlənməyi vərdiş etmişəm. Hər zaman məni düşündürən o olub ki, digər ölkələrdən hansı ideyaları gətirib Azərbaycanda istifadə etmək olar.

Biz qərbdə, əsasən də İtaliyada bu istiqamətdə görülən işləri öyrənir və həmkarlarımızla təcrübəmizi bölüşürük. Bizim digərlərindən üstün olmaq fikrimiz yoxdur. Məqsədimiz keyfiyyətli məhsul təqdim etmək, rahat və yüksək səviyyəli xidmət göstərməkdir.

– Müştəriləriniz üçün gözlənilməz nəticə gətirəcək konkret təklifləriniz var?

– Təkliflər Azərbaycan bazarına uyğun olmalıdır. Çünki əhalinin tələbatı müxtəlifdir. Hal-hazırda müştərilərimizə “Gold” və “Premium” statuslu kartlar təklif edilir. Bu kartlar vasitəsi ilə onlar göstərdiyimiz xidmətə 10, 20 faiz endirim və ya bonus əldə etmək şansı qazanırlar.

Bu il biz ofislər və iş adamları üçün təkliflər irəli sürəcəyik. Onlara həftədə və yaxud ayda bir dəfə köynək və kostyumların təmizlənməsi abonementi təqdim edəcəyik. Abonementin əldə olunması adi xidmət dəyərindən 20-25 faiz ucuz başa gələcək.

Buraya premium xidmət də daxildir. Bu zaman bizim nümayəndəmiz təyin olunan cədvəl üzrə gəlir və əşyaları kimyəvi təmizləməyə aparır. Hal-hazırda böyük dövriyyəyə daxil olmaqdayıq və daha çox populyar olsaq bu aksiyanı hər zaman təravətli görünmək istəyən bütün iş adamlarına təklif edəcəyik.

Təmizliyi sevən və dəyər verən hər kəsi Üzeyir Hacıbəyov küç. 69 ünvanında yerləşən “MONTELEONE” butikinin xidmətləri ilə tanış olmağa dəvət edirəm. Əminliklə deyə bilərəm ki, xidmət və keyfiyyət amillərindən razı qalıb “MONTELEONE” butikinə daima sevinc hissi ilə qayıdacaqsınız.

Əlavə məlumat üçün:

(050) 444 78 88

www.monteleone.az

Instagram: https://instagram.com/monteleone.az?igshid=9ia4y38avs4b
Facebook: https://www.facebook.com/monteleone.az/