Avropa Atletika Assosiyasiyası (AAA) hər il olduğu kimi 2019-cu ilin ən yaxşılarını müəyyənləşdirib.
ÇıxışYolu.Com xəbər verir ki, seçilmiş üzv federasiyaların inkişafında göstərdiyi fəaliyyətə görə “Member Federation Award” və “Coaching Award” mükafatları verilir.
Sevindirici haldır ki, bu dəfə iki azərbaycanlı bu mükafata layiq görülüb. Azərbaycan Atletika Federasiyasının icraçı direktoru Kamal Əhmədova “Member Federation Award” mükafatı verilib.
Həmin qurumun sprint üzrə böyük məşqçisi, Respublikanın əməkdar bədən tərbiyəsi və idman xadimi, Respublikanın əməkdar məşqçisi Tofiq Əliyev 2019-cu ilin yekunlarına görə məşqçilik mükafatına layiq görülüb.
Qeyd edək ki, mükafatlandırma mərasimi Estoniyanın paytaxtı Tallində keçirilib. Azərbaycanlı mütəxəssislər mükafatlandırma mərasimində iştirak etməyiblər.
Onu da bildirək ki, bu il 400 metr sprint qaçışda dünya və Avropa çempionu (qapalı manejdə) olmuş norveçli Karsten Varholm kişilərdə ilin ən yaxşı atleti seçilib. Bu il uzunluğa tullanma üzrə dünya və Avropa çempionu (qapalı manejdə) olmuş kabardin-balkar əsilli rusiyalı Mariya Lasitskene isə ən yaxşı qadın atleti olub.
Kişilərdə gənclərə verilən Parlayan Ulduz mükafatı onnövçülükdə 21 yaşlı almaniyalı Niklas Kaula, qadınlarda 18 yaşlı, bu ilin uzunluğa tullanma üzrə dünya ikincisi, ukraynalı Yaroslava Maquçixə verilib.
Səbuhi Musayev