ÇıxışYolu.Com - İki küsülü müğənni barışdı

ÇıxışYolu.Com – İki küsülü müğənni barışdı

Baxış sayı: 2. 074 dəfə baxılıb.

ÇıxışYolu.Com - İki küsülü müğənni barışdı

Müğənnilər Nura Suri və Xatun Əliyeva küsülülüyə son qoyub.

ÇıxışYolu.Com xəbər verir ki, bir ildir küsülü olan müğənnilər tədbirlərin birində barışıblar.

Müğənnilər nə səbəbə küsdüklərini xatırlamırlar.

İki küsülü müğənninin barışıq anını Xatunun prodüseri Pənah Eldar lentə alıb.  

Xatırladaq ki, Xatun Əliyeva “ATV maqazin 10-larla” verilişində Nura haqqında qalmaqallı açıqlama verib:

“Çox danışır, səsi başıma düşür. Bir az mahnı oxusun, sənəti ilə məşğul olsun. Kim olursa-olsun, “sağ göstərib, sol vuraram” kimi olsun. Əslində, öz işi ilə məşğul olsa, yaxşıdır.

Sənəti olmaya-olmaya ona-buna söz atmaqdansa, ayda-ildə bir dəfə mahnı oxuyub bizi sevindirsin”.

Qeyd edək ki, Xatun son olaraq Nuranı bağışlamağa hazır olduğunu, onu “Gucci”yə tapşırdığını bildirib. Nura da onun bu açıqlamasını şəxsi səhifəsində paylaşıb.

Sevinc Yasinqızı