ÇıxışYolu.Com - İki nəfər AzTV-dəki işindən çıxarıldı

ÇıxışYolu.Com – İki nəfər AzTV-dəki işindən çıxarıldı

Baxış sayı: 4. 051 dəfə baxılıb.

ÇıxışYolu.Com - İki nəfər AzTV-dəki işindən çıxarıldı

“Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nəzdində fəaliyyət göstərən “İdman Azərbaycan” kanalının iki əməkdaşı işdən çıxarılıb.

ÇıxışYolu.Com-a daxil olan xəbərə görə, bu barədə qurumun sədr vəzifəsini icra edən Rövşən Məmmədov qərar verib.

Vəzifədən azad olunan şəxslər Şahin İbrahimov və Tural Həmidzadədir.

Onların maliyyə pozuntularına yol verdikləri üçün işlərindən çıxarıldığı bildirilir.

Məlumat üçün bildirək ki, Ş.İbrahimov bir müddət əvvəl İctimai Televiziyada baş verən rəhbər dəyişikliyindən sonra oradakı işindən kənarlaşdırılmışdı. O, daha sonra AzTV-nin keçmiş rəhbəri Arif Alışanov tərəfindən “İdman-Azərbaycan” telekanalında işə götürülmüşdü. Şahin İbrahimov qeyri-leqal formada “İdman Azərbaycan”a nəzarət edirmiş. Tural Həmidzadə də sözügedən TV-nin əməkdaşıdır.

Ş.İbrahimov və T.Həmidzadə adı müxtəlif mənfi hadisələrdə hallarda, A.Alışanovun vaxtında birinci müavin vəzifəsində çalışan E.Dünyamalıyevin yaxın adamları kimi tanınırlar.

Xatırladaq ki, prezident İlham Əliyevin yanvarın 15-də imzaladığı sərəncamla Arif Alışanov “Azərbaycan Televiziya və Radio Verilişləri” (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsindən azad olunub.

Qurumun sədri vəzifəsinin icrası tanınmış jurnalist, sədr müavini vəzifəsini tutmuş Rövşən Məmmədova həvalə edib. R.Məmmədov AzTV-də ciddi kadr islahatlarına başlayıb.