ÇıxışYolu.Com - İki rəqqasə xınayaxdı üstündə davaya çıxdı

ÇıxışYolu.Com – İki rəqqasə xınayaxdı üstündə davaya çıxdı

Baxış sayı: 2. 339 dəfə baxılıb.

ÇıxışYolu.Com - İki rəqqasə xınayaxdı üstündə davaya çıxdı

İki azərbaycanlı rəqqasə – Rəna (Renka) Ağamuradova ilə həmkarı Aygün arasında qalmaqal yenidən alovlanıb.

Renka ÇıxışYolu.Com-a açıqlamasında Aygünün onun barəsində dediyi “Bir neçə il əvvəl Renkanın heç bir manat belə pulu yox idi. O insan acından ölürdü” iddialarını cavablandırıb.

R.Ağamuradova deyib ki, ona cavab verməsi ilə səhvə yol verib:

“O, özünə reklam qazanmaq istədi və bunu bacardı. Mənim ən böyük səhvim isə ona cavab verməyim oldu. Kaş ona cavab verməyəydim. Bundan əvvəl mənə üç-dörd dəfə söz atmışdı, cavab verməmişdim. Elə it kimi qaldı hürə-hürə. İndi cavab verdim, qudurdu, oturdu başımda”.

Renka yaranmış qalmaqalın səbəbinin paxıllıq olduğunu düşünür:

“Bütün bunlar paxıllığın əlamətidir. Ondan soruşurlar ki, niyə belə danışırsan, nə məsələdir? O isə deyir ki, elə-belə. Buna bir cür ad vermək olar, o, özünü mənimlə reklam etmək istəyir. Bakıda toy da, xına da hamıya bəs edir. Onlar isə bunu başa düşmürlər. O qədər paxıldırlar ki, istəyirlər hər şey onların olsun. Gözləri doymayan insanlardır”.

Rəqqasə gəlirdən söz düşmüşkən, bədxərcliyindən də danışıb:

“Gözəlliyə həddən artıq pul xərcləyirəm. Dəhşət… Özümə söz verirəm ki, daha bu qədər pul xərcləməyəcəyəm, amma olmur. Çünki biz efir adamlarıyıq. Hər zaman baxımlı olmalıyıq. Pulumun çox hissəsi saç qaynaqlarına və estetik əməliyyatlara gedir. Hər dörd aydan bir saçımı qaynaq edirəm, o zaman 1000-2000 manat pulum çıxır. Üzümü hazırda iynələrlə müalicə edirəm, o da bahalı prosedurlardandır”.

Renka dincəlmək üçün xaricə gedəcəyini deyib və sevgilisi olmadığı üçün heyfislənib:

“Bu ayın 23-ü uşaqlarımla birgə gedirəm Türkiyənin Antalya şəhərinə, onlarla birgə istirahət edəcəyəm. Heyif, sevgilim yoxdur. Olsaydı, onunla gedərdim. Amma mənim bəxtim yoxdur. Sevgi və sevgili məsələlərində bəxtim gətirməyib”.

Rəşad Əliyev