ÇıxışYolu.Com - İki Şəbnəm ad davasına çıxdı: İş məhkəməyə gedə bilər

ÇıxışYolu.Com – İki Şəbnəm ad davasına çıxdı: İş məhkəməyə gedə bilər

Baxış sayı: 2. 534 dəfə baxılıb.

Xəbər verdiyimiz kimi, şou-biznesin iki eyniadlı müğənnisi Şəbnəm Qəhrəmanova ilə Şəbnəm Tapdıq arasında qalmaqal yaşanıb.

Belə ki, Ş.Qəhrəmanova “Xəzər” TV-də yayımlanan “Beşdə-beş” proqramında Ş.Tapdığın 102-yə zəng vuraraq, ondan şikayət etdiyini deyib. Onun iddiasına görə, Ş.Tapdığın bu addımı atmasına səbəb adı olub. O, Ş.Qəhrəmanovanın adını dəyişməsini tələb edib. 

Qalmaqallı olayla bağlı ÇıxışYolu.Com-ın əməkdaşı hər iki sənətçi ilə əlaqə saxlayıb. 

Şəbnəm Qəhrəmanova saytımıza açıqlamasında bildirib ki, bu hadisə bir neçə ay əvvəl olub:

ÇıxışYolu.Com - İki Şəbnəm ad davasına çıxdı: İş məhkəməyə gedə bilər

“Bir neçə ay bundan öncə o, mənə 102-yə zəng vurub şikayət etdiyi haqda SMS yollayıb. Bir daha bu hal təkrarlansa, mən Şəbnəm Tapdığı məhkəməyə vərəcəyəm”.

Qarşı tərəf – Şəbnəm Tapdıq isə belə bir iş görmədiyini və adaşının yalan danışdığını dilə gətirib:

“Getsinlər, işləri-gücləri ilə məşğul olsunlar. Mən heç kimi polisə verməmişəm. Əksinə, fəxr edirəm ki, mənim adımı bütün Azərbaycan daşıyır. Adam nə qədər dar düşüncəli, axmaq olmalıdır ki, elə bir addım atsın. Mən o boyda yazıçı, şair İlyas Tapdığın qızıyam. Tovuzlu da mənim adımı daşıyır. Sağ olsun, dəfələrlə bunu verilişlərdə qeyd edib.

ÇıxışYolu.Com - İki Şəbnəm ad davasına çıxdı: İş məhkəməyə gedə bilər

O vaxt mən oxuyanda bunların analarının mənim adımdan xoşu gəlib və qızlarına Şəbnəm adını qoyublar. Mən də özümü rəsmi olaraq ilk Şəbnəm elan eləmişəm. Burada nə var ki?! Adaş mənə şər atır. Şər atmağın özünün də məsuliyyəti var. Onun anası hər zaman deyib ki, sən müğənni Şəbnəmin adını daşıyırsan. Günah edirsən, bu adı daşıdığını danma. Çünki sənin adını ona baxıb qoymuşam”.

Rəşad Əliyev