ÇıxışYolu.Com - İki “Toyota” toqquşdu, toya gedənlər yarı yolda qaldı

ÇıxışYolu.Com – İki “Toyota” toqquşdu, toya gedənlər yarı yolda qaldı

Baxış sayı: 3. 047 dəfə baxılıb.

ÇıxışYolu.Com - İki “Toyota” toqquşdu, toya gedənlər yarı yolda qaldı

Bakı- Qazax avtomagistralının Yevlax rayonundan keçən hissəsində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

90-ND-795 dövlət nömrə nişanlı “Toyota Land Cruiser” markalı minik avtomobili ilə 09–BB-222 dövlət nömrə nişanlı  “Toyota Prado” toqquşub.

ÇıxışYolu.Com-ın müxbiri hadisə yerindən xəbər verir ki, hadisə zamanı ölən olmasa da, “Land cruiser”in sərnişini, Kəlbəcər rayonun sakini, 1960-cı il təvəllüdlü Qasımova Məlahət Qəzənfər qızı yaralanıb.

Onların toya getdiyi  bildirilir.

“Toyota Prado”nun sürücüsü 1999-cu il təvəllüdlü Yuniszadə Qənbər Eldar oğlu da xəsarət alıb.

 Qəzayla bağlı araşdırma aparılır.

Nazir Quliyev