ÇıxışYolu.Com – “İl-76”nın yaradıcısı vəfat etdi

Baxış sayı: 2. 737 dəfə baxılıb.

İlyuşin adına aviasiya kompleksinin keçmiş baş konstruktoru, “İl-76” təyyarəsinin yaradıcısı Qenrix Novojilov  94 yaşında dünyasını dəyişib.

Bu haqda “RİA Novosti” konstruktora yaxın olan mənbəyə istinadən məlumat yayıb.

Novojilovun son günlərini reabilitasiya keçdiyi xəstəxanada keçirdiyi bildirilir.

Qenrix Vasilyeviç Novojilov – Sovet və Rusiya aviakonstruktoru, ikiqat Sosialist əmək qəhrəmanı, texniki elmlər doktoru, professor, SSRİ Elmlər Akademiyasının akademiki olub. İl-76 tipli ağır hərbi-nəqliyyat təyyarəsinin layihəsinin yaradıcısıdır. 

Həmçinin, İl-96 geniş füzelyajlı sərnişin təyyarəsinin və iki mühərrikli turbovintli İl-114 təyyarələrinin yaradılmasında iştirak edib.