Paracüdo üzrə milli komandamız Bakıya çatıb.
Paralimpiya komitəsinin vitse-prezidenti, Milli komandanın kapitanı İlham Zəkiyev ÇıxışYolu.Com-a açıqlamasında gümüş medal qazanmasını aldığı zədələrlə əlaqələndirib:
“Bundan öncəki yarışda çiynimdən zədə aldığım üçün məşq prosesində aktiv iştirak edə bilmədim. Müalicə müddəti davam edirdi. Bu səbəbdən də istədiyim kimi hazırlaşa bilməmişdim. Bu da yarışlarda öz sözünü dedi və finalda gümüş medalla kifayətlənməli oldum. Lakin ümumilikdə komandamız bu yarışda çox gözəl oyun nümayiş etdirdi”.
Kamil Əmirli, Elşad Mətləboğlu