Bu qələbəni hərbçilərimizə həsr edirəm. Bu yaxınlarda özüm də hərbçi olacağam.
ÇıxışYolu.Com xəbər verir ki, bunu Azərbaycana II Avropa Oyunlarında ilk qızıl medalı qazandıran sərbəst güləşçi Mahir Əmiraslanov deyib.
O bildirib ki, qələbəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudovun əziyyəti böyükdür:
“Əziyyəti olan hər kəsə təşəkkürümü bildirirəm. Bu, Azərbaycanın ilk qızıl medalıdır. Çox sevinirəm. Axırıncı yox, axarıncı olsun, bayrağımız daima yüksəklərdə dalğalansın. Çalışacağam ki, bundan sonra daima bayrağımı ucaldım”.
Səbuhi Musayev