İmişlidə yük maşını iribuynuzlu heyvanları vuraraq öldürüb.
ÇıxışYolu.Com-ın bölgə müxbirinin məlumatına görə, hadisə Hacıqabul-Horadiz avtomobil yolunun 96-cı kilometrliyində İmişli rayonunun Məzrəli kəndi ərazisindən keçən hissəsində baş verib. Belə ki, Biləsuvar rayon sakini, 1961-ci il təvəllüdlü Əhmədov Musa Tapdıq oğlu idarə etdiyi “Kamaz” markalı yük maşını ilə hərəkətdə olarkən rayonun Məzrəli kənd sakinləri – 1971-ci il təvəllüdlü Mehdiyev Rəhman Əhliman oğlu və 1972-ci il təvəllüdlü Qasımov Zamir Arif oğluna məxsus iki baş iribuynuzlu heyvanı yolda vuraraq tələf edib.
Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları gələrək qəzanın başvermə səbəblərini araşdırmaq üçün protokol tərtib ediblər.
Faktla bağlı araşdırma aparılır.