Şimali Koreya lideri Kim Çen In Müqəddəs Pektusan dağına qalxıb.
Bu barədə Koreyanın Mərkəzi Teleqraf Agentliyi (TSTAK) məlumat yayıb.
Agentlik qeyd edib ki, KXDR Dövlət Şurasının sədri Koreya yarımadasının ən yüksək zirvəsinə ilk qarda ağ atın belində üz tutub.
“Onun ağ atın belində Pektu dağına səfəri Koreya inqilabı tarixində böyük əhəmiyyət kəsb edən möhtəşəm hadisədir. O, Pektu dağının zirvəsində at belində oturub ən qüdrətli dövləti yaratmaq üçün keçdiyi ağır mübarizə yolunu dərin emosiyalarla xatırladı”, – deyə agentlik yazır.
Pektusan dəniz səviyyəsindən 2750 m yüksəklikdə olmaqla Koreya yarımadasının ən hündür zirvəsidir. Əfsanəyə görə, Koreya xalqının əsasını qoyan Tanqun məhz həmin zirvədən aşağı düşüb, buna görə o, müqəddəs sayılır.