KXDR lideri Kim Çen In ABŞ prezidenti Donald Trapmpla keçiriləcək Zirvə toplantısında iştirak etmək üçün artıq Vyetnama çatıb.
“Yonhap” agentliyinin məlumatına əsasən, Şimali koreyalı lider Lonq-Son əyalətinin Donqdanq stansiyasına şəxsi zirehli qatarında gəlib.
Inın stansiyadan onun üçün xüsusi olaraq ayrılmış kortejlə Hanoya yollandığı bildirilir.
ABŞ və KXDR liderləri arasında sayca ikinci görüş 27-28 fevral tarixlərində Hanoy şəhərində keçiriləcək. Bundan əvvəl onlar ötən ilin iyun ayında Sinqapurda bir araya gəlmişdi.
Tramp və In Koreya yarımadasının nüvəsizləşdirilməsi və ikitərəfli münasibətlərin normallaşdırılması istiqamətində Sinqapurda əldə olunmuş razılaşmalar əsasında növbəti addımları müzakirə etmək niyyətindədir.