İngiltərə Premyer Liqasında XVIII tura yekun vurulub.
ÇıxışYolu.Com xəbər verir ki, bu tur, əsasən, İngiltərənin brend komandaları meydana çıxıb.
“Arsenal” Premyer Liqada ardıcıl üçüncü qələbəsini “Bornmut”u darmadağın etməklə qazanıb – 5:1.
Elə turnir cədvəlinin lideri “Liverpul” da “topçular”dan geri qalmayaraq “Uotford”a beş qol vurub – 5:0.
Turun mərkəzi qarşılaşması London derbisi ilə əlamətdar olub. “Çelsi” ikinci hissədə vurduğu qollarla əzəli rəqibi “Tottenhem”i 2:0 hesabı ilə məğlub edib.
“Mançester Yunayted” isə London səfərində “Kristal Palas”dan üstün olub – 3:1.
Digər Mançester klubu “şəhərlilər” də London klubu ilə qarşılaşıb. Argentinalı Serxyo Aqueronun penaltidən vurduğu qolla “Mançester Siti” “Vest Hem” üzərində qələbəsini rəsmiləşdirib – 1:0.
Qeyd edək ki, gecənin digər matçında autsayderlər qarşılaşıb. “Sauthempton” “Fulhem”ə 2:0 hesabı ilə qalib gələrək autsayderlər zonasından çıxıb.
Səbuhi MUSAYEV