ÇıxışYolu.Com – Inın oxşarını Vyetnamdan qovdular

Baxış sayı: 2. 277 dəfə baxılıb.

ÇıxışYolu.Com - Inın oxşarını Vyetnamdan qovdular

Kim Çen Inın Avstraliyadan olan oxşarı Hovard İks ABŞ və Şimali Koreya liderlərinin Zirvə toplantısı ərəfəsində Vyetnamdan deportasiya edilib.

Bu barədə “Reuters” məlumat yayıb.

“Kim”in dediyinə görə, onu ölkə hüdudlarından kənarlaşdırmazdan əvvəl bir müddət saxlayıblar.

“Şimali koreyalılar yumor hissindən məhrumdur. Satira isə istənilən diktaturaya qarşı ən güclü silahdır”, – deyə Hovard İks bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında növbəti sammit 27-28 fevral tarixlərində Vyetnamın paytaxtı Hanoyda keçiriləcək.

Bundan əvvəl oxşarın Sinqapur hökuməti ilə də analoji problemləri olmuşdu. Belə ki, hər hansı təxribatın baş verməməsi üçün 2018-ci ildə onun ABŞ-KXDR sammitinin keçirildiyi məkana yaxınlaşmasına qadağa qoyulmuşdu.