İnterpol qadınlara qarşı cinayət törədən səkkiz kişini axtarır. Siyahıda azərbaycanlı Nuran Musayevin də adı var.
ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə təşkilatın saytında məlumat verilib.
“Qadınlara qarşı Zorakılığın Ləğv olunması Uğrunda Beynəlxalq Mübarizə Gününə təsadüf edən bu çağırış bütün dünyada qız və qadınların zorakılıqla üzləşməsinin bariz nümunəsidir”, – deyə İnterpolun saytında yerləşdirilən məlumatda deyilir.
Qeyd edək ki, iki qadının ölümündə ittiham olunan 37 yaşlı kişinin adı İnterpolun “Qırmızı xəbərdarlıqlar” siyahısındadır.