ÇıxışYolu.Com – “iPhone” işlətməyi öyrənən təqaüdçü 25 kiloqram arıqladı

Baxış sayı: 3. 675 dəfə baxılıb.

ÇıxışYolu.Com - “iPhone” işlətməyi öyrənən təqaüdçü 25 kiloqram arıqladı

Kanadanın Ontario əyalətinin sakini “iPhone” istifadə etməyi öyrənib və 25 kiloqram çəki atıb. 

73 yaşlı təqaüdçü Coan Makdonald həyat yoldaşı ilə münasibətlərdə gərginlik dönəmində artıq çəki aldığını etiraf edib.

Piylənmə onun səhhətində problemlərə səbəb olub. Belə ki, qadın yüksək xolesterol, təzyiq və artritdən əziyyət çəkməyə başlayıb.

Qadının idmanı çox sevən qızı onu idman etməyə məcbur edib. Lakin idman proqramı onlayn olduğundan və qadın “iPhone” işlətməyi bilmədiyindən çətinliklər başlayıb. Bəzən ağlamaq həddinə çatan Coan zamanla smartfonu işlətməyi öyrənib və sağlam şəkildə 25 kq çəki atıb.