“Espanyol”un hücumçusu Borxa İqlesias “Valyadolid”lə oyunda vurduğu qol İspaniya çempionatının tarixinə düşüb.
Lenta.ru saytının məlumatına görə, oyunun 18-ci saniyəsində qeydə alınan qol 2018-2019-ci illər mövsümündə ən tez vurulan qoldur.
Bu qoldan öncə ən yaxşı nəticə “Valensiya”nın futbolçusu Alvaro Medrana məxsus idi. O, 29-cu saniyədə qol vurmuşdu.