İran KİV-ləri Hörmüz boğazında Böyük Britaniyaya məxsus tankerin ələ keçirilməsini əks etdirən video paylaşıblar.
Kadrlardan görünür ki, xüsusi hazırlıq görmüş şəxslər “Mi-17” helikopterindən tankerin göyərtəsinə düşürlər. Britaniya gəmisini, həmçinin İran tankerləri müşayiət edir.
Xatırladaq ki, daha əvvəl verilmiş məlumata əsasən, İslam İnqilabı Keşikçiləri Korpusu Hörmüz boğazında Britaniya bayrağı altında üzən “Stena Impero” tankerini ələ keçirib.
İran hakimiyyəti gəmini ölkənin ərazi sularında beynəlxalq dəniz qaydalarına əməl etməməkdə ittiham edib.