İranda iki həftədir davam edən sel fəlakəti nəticəsində ölənlərin sayı 62-yə çatıb.
“Fars” agentliyinin məlumatına görə, bununla bağlı İranın Təcili Yardım Təşkilatının sədri Əhməd Şucai açıqlama verib.
Onun sözlərinə görə, ümumilikdə fövqəladə vəziyyət səbəbindən 96 kənd tamamilə boşaldılıb.
Hadisələr zamanı 500-ə yaxın insan xəsarət alaraq, xəstəxanaya yerləşdirilib.
Bundan başqa, İranın Loristan əyalətinin Poldohter şəhərində sel səbəbindən altı mərtəbəli bina çöküb.