İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri uğurlu- əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısı ilə məşğul olan şəxslər ifşa edilib.
ÇıxışYolu.Com-ın bölgə müxbiri xəbər verir ki, rayon sakini Əkbərov Murad Azər oğlu İsmayıllı şəhər ərazisində saxlanılıb və polis şöbəsinə gətirilib.
Üzərində şəxsi axtarış zamanı əynindəki şalvarın cibindən siqaretin gümüş rəngli kağızda bükülü vəziyyətdə, şəxsi istehlak miqdarından az miqdarda qanunsuz olaraq əldə etdiyi çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış 0.21 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
İsmayıllı rayonunda yaşayan Səmədli Emin Səxavət oğlu üzərində şəxsi axtarış aparılan zaman isə məlum olub ki, Murad Əkbərova 10 manata satdığı narkotiki həmin gün İsmayıllı rayon sakini Məhərrəmov Taleh Oktay oğlundan 6 manata alıb.
İsmayıllı sakini Məhərərmov Taleh Oktay oğlu polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman əynindəki şalvarın cibindən bir ədəd sellofan bükümdə saxladığı 27 ədəd çətənə bitki toxumları və bir ədəd siqaretin gümüşü rəngli kağız bükümündə 0.18 qram çəkidə narkotik vasitə olan qurudulumuş marixuana aşkar edilərək götürülüb. O, həmin gün Murad Əkbərova 6 manata bir bükümdə marixuana narkotik vasitəsi satdığını etiraf edib.
Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.
Nazir Quliyev