İstanbulda geniş miqyaslı təhlükəsizlik yoxlaması keçirilib.
“Haberler.com” xəbər verir ki, xüsusi təyinatlılar, cinayət-axtarış, çevik qüvvət, hava və yol polisinin qatıldığı yoxlamalarda şübhəli görünən bəzi avtomobillər kənara çəkilərək diqqətli axtarışdan keçiriliblər.
“Canavar tələsi 2019-11” adlı əməliyyatda saxlanılanlar arasında bir azərbaycanlı da var.
Türkiyəyə universitetdə oxumaq üçün gəldiyini iddia edən Qasım Evmir İsmayıl adlı şəxsin üzərindən “ekstazi” adlı narkotik preparat və onu qəbul etmək üçün xüsusi aparat aşkar edilərək götürülüb.
Üzərində pasport olmayan şəxs sorğulanmaq üçün Bəyoğlu Polis İdarəsinə aparılıb.