İstanbulda təkrar bələdiyyə seçkiləri keçirilir.
ÇıxışYolu.Com xəbər verir ki, səsvermə prosesi 31 124 seçki məntəqəsində aparılır.
Seçkilərdə səs hüququndan 10560963 seçici istifadə edə bilər.
Seçki məntəqələri yerli vaxtla saat 17.00-dək açıq olacaq.
Bələdiyyə sədri postu uğrunda Cümhur blokundan olan namizəd Binəli Yıldırım, Millət blokundan Ekrem İmamoğlu, Rifah Partiyasından Necdet Gökçinar və Vətən Partiyasından Mustafa İlker Yücel mübarizə aparır.