ÇıxışYolu.Com – İsveçrədə dəhşətli qar uçqunu

Baxış sayı: 4. 538 dəfə baxılıb.

ÇıxışYolu.Com - İsveçrədə dəhşətli qar uçqunu

Fevralın 19-da İsveçrənin  Krans Montana qəsəbəsi yaxınlığında yerləşən xizəksürmə mərkəzində bir neçə nəfər qar uçqunu altında qalıb.

Dəniz səviyyəsindən 3000 metr yüksəkdə baş verən faciə nəticəsində qar uçqunu xizəksürmə zolaqları istiqamətində hərəkət edib və həmin ərazidəki insanlar  qar altında qalıblar.

Şəhər meri Nikol Fero təxminən 12 nəfərin uçqun altında qaldığını söyləyib.

Hazırda qar uçqunu altında qalmış şəxslərin axtarışı və xilas edilməsinə İsveçrə ordusunun əsgərləri  cəlb olunub.

 Son günlərdə havaların istiləşməsi Alp dağlarında qar uçqunu təhlükəsini artırıb.