İctimai Televiziya və Radio Yayımları Şirkəti və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə Mərkəzi Qan Bankı tərəfindən reallaşdırılan aksiyada İTV rəhbərliyi və qurum əməkdaşları donorluq ediblər.
İTV-dən bildiriblər ki, aksiyanın məqsədi irsi qan xəstəliklərindən əziyyət çəkən insanlara yardım etmək olub.
Tədarük edilən qanlar komponentlərə ayrılaraq Mərkəzi Qan Bankının bazasına yerləşdirilib.