ÇıxışYolu.Com - İzləyicilərinə maşın paylayan azərbaycanlı bloqerə 10 milyonluq zərbə

ÇıxışYolu.Com – İzləyicilərinə maşın paylayan azərbaycanlı bloqerə 10 milyonluq zərbə

Baxış sayı: 3. 913 dəfə baxılıb.

Rusiyada məşhurlaşan azərbaycanlı videobloqer Hüseyn Həsənovun 10 milyonluq “Instagram” hesabı bağlanıb.

ÇıxışYolu.Com xəbər verir ki, Hüseynin hesabının hansı səbəbdən bağlanması məlum olmasa da, bloqer “İnstagram”da yeni hesab açaraq bu sözləri yazıb:

“Əsas səhifəm ələ keçirilib. İndi buradayam. Bu, mənim ikinci hesabımdır”. 

Qeyd edək ki, Hüseyn izləyicilərinə dəfələrlə özünün istifadə etdiyi dəbdəbəli avtomobillərini hədiyyə verməsi ilə gündəm olub. Bu hərəkəti ilə H.Həsənov böyük auditoriyanın rəğbətini və sevgisini qazanmağı bacarıb. 

Rəşad Əliyev