Türkiyənin İzmir şəhərinin Torbalı rayonunda zibil qutusundan yeni doğulmuş uşaq meyiti tapılıb.
Səhər təxminən saat 08:30-da aşkar edilən körpə meyiti zibil qutusuna atılan torbalardan birinin içində olub. Bələdiyyə işçiləri zibil qutularını təmizləyərkən cəsədi aşkarlayıblar.
Hadisə ilə bağlı dərhal polisə məlumat verilib və cəsəd meyitxanaya aparılıb.