Müğənni Kərim Abbasov onu döyən şəxsin həmkarı Tacir Şahmalıoğlunun qohumu olduğunu iddia edib.
ÇıxışYolu.Com xəbər verir ki, bu iddia ilə o, ARB TV-də yayımlanan “Səhər-Səhər” verilişində çıxış edib.
Deyib ki, ona şikayət ərizəsini geri çəkməsi üçün 5000 manat pul təklif olunub:
“Deyirlər 5000 manat verək, getsin polisə yazdığı ərzəni geri götürsün. İki-üç gündür ki, Tacir Şahmalıoğlu mənə zəng edir, söyləyir ki, səni döyənlər mənim qohumlarımdır. Onlar da məndən xaiş edirlər ki, sən gedib ərizəni geri götürəsən.
Mən isə ona bircə kəlmə söz dedim. Əgər həmin şəxs çıxıb hamının qarşısında məndən üzr istəsə, ərizəmi geri götürərəm”.
Rəşad Əliyev