ÇıxışYolu.Com - Kamil Zeynallı azadlığa çıxdı

ÇıxışYolu.Com – Kamil Zeynallı azadlığa çıxdı

Baxış sayı: 2. 555 dəfə baxılıb.

ÇıxışYolu.Com - Kamil Zeynallı azadlığa çıxdı

Məşhur idmançı Kamil Zeynallı azadlığa çıxıb. Onun barəsində verilmiş 10 sutkalıq inzibati həbs cəzasının müddəti başa çatıb.

ÇıxışYolu.Com xəbər verir ki, Kamil özünün Instagram hesabında evə gəlməsini videoya çəkərək izləyicilərlə paylaşıb.

O, videoya bu şərhi yazıb:

“Dostlar, salam, çox şükür hər şey yaxşıdır. Bu gün saat 17:00-da azadlığa buraxdılar məni. Hamıdan, hər kəsdən razıyam. Heç nədən narazılığım yoxdur, səhvimiz var idi, cəzamızı da çəkdik gəldik, 10 gün nədir ki?! Camaat illərlə məhbus həyatı çəkir. Allah içəridə olan hər kəsin qapısını açsın. Dövlətimizdən, hər kəsdən razıyam. Allaha and olsun, insan hara gedir getsin, getdiyi yerdə özünü necə aparırsa, o cür də onunla elə rəftar edirlər. Bütün maraqlanan, maraqlanmayan hər kəsə təşəkkürümü bildirirəm”.

Qeyd edək ki, Kamil Zeynallı İnzibati Xətallar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə) maddəsi ilə təqsirli bilinmişdi. O, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 10 sutkalıq inzibati həbslə cəzalandırılmışdı.

Rəşad Əliyev