Kanadada Castin Tryudonun rəhbərliyi ilə formalaşan yeni liberal hökumətinin tərkibində 18 kişi, 18 qadın daxil olmaqla, 36 nazir yer alıb.
TASS xəbər verir ki, onlar çərşənbə günü Kanadaya və onun başçısı, Böyük Britaniyanın kraliçası II Yelizavetaya sədaqət andı içiblər.
And içmə mərasimindən sonra Castin Tryudo yeni hökumətin hədəfləri barədə danışıb: “Həyatı daha əlverişli etmək, icmalarımızı təhlükəsiz saxlamaq, iqlim dəyişikliyinə qarşı mübarizə bizim prioritetlərimizdir. Bizi qabaqda böyük işlər gözləyir”.
Baş nazir öz kabinetini gender bərabərliyi əsasında formalaşdırıb: hökumətin yarısını qadınlar təşkil edirlər.