ÇıxışYolu.Com – Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi

Baxış sayı: 1. 966 dəfə baxılıb.

ÇıxışYolu.Com - Karateçimiz Ayxan Mamayev xəstəxanaya yerləşdirildi

Karateçimiz Ayxan Mamayev xəstəxanaya düşüb.

ÇıxışYolu.Com xəbər verir ki, o, böyrəyində olan problemlə bağlı Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.

Onun dostu olan sərbəst güləş üzrə üçqat Avropa çempionumuz Cəbrayıl Həsənov ÇıxışYolu.Com-a açıqlamasında bu haqda bildirib:

“Ayxanın kəskin böyrək çatışmazlığı var. Dünən özünü pis hiss edib. Böyük ehtimalla, soyuqdəymədən olub. Bədəni şişib və xəstəxanaya gətiriblər. Xəstəxanada məlum olub ki, böyrəklərində problem var. Bu gün onun özü ilə danışmışam, qırıq-qırıq danışır. Həkimlər onun nə vaxt ayağa qalxacağı barədə hələ bir söz demirlər”.

Səbuhi Musayev