Mingəçevirdə evlərə qənim kəsilən, əvvələr məhkum olunmuş şəxs tutulub. Şəhər polisinin keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Rahim Mehdiyev saxlanlıb.
ÇıxışYolu.Com xəbər verir ki, saxlanılan şəxs şəhər ərazisində əsasən həyət evlərinə daxil olaraq ordan qızıl-zinət əşyları, nəğd pul oğurlayıb.
Mənzillərə pəncərələri sındırmaqla daxil olan Rahim Mehdiyev, ümumilikdə sakinlərə 6 min manat dəyərində ziyan vurub. Saxlanılan şəxsin evinə baxış keçirərkən onun oğurladıqları qızıl-zinət əşyaları, pul və narkotik vasitədə aşkarlanaraq götürülüb.
Rahim Mehdiyev əvvələr narkotik vasitəslərin istifadəsi və oğurluq əməllərinə görə, məhkumluq həyatı yaşıyıb. Faktla bağlı Mingeçevir şəhər Polis İdarəsində araşdırmalar davam etdirlir.