ÇıxışYolu.Com – Kiprdə Azərbaycana qarşı növbəti təxribat

Baxış sayı: 2. 451 dəfə baxılıb.

ÇıxışYolu.Com - Kiprdə Azərbaycana qarşı növbəti təxribat

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin Kiprin paytaxtı Nikosiyada keçirilən APOEL – “Qarabağ” oyununda təxribata əl atılıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, oyunun keçirildiyi QSP arenasında meydanın “Qarabağ”a aid olan hissəsinə yaxın yerdə Yunanıstan bayrağı ilə yanaşı Ermənistan bayrağı da asılıb.

Hazırda Kiprdə olan “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov  ÇıxışYolu.Com-a açıqlamasında belə deyib: “O bayraqdan xəbərimiz var. Biz daha əvvəl də bu barədə UEFA nümayəndələri ilə danışmışıq. Əgər qondarma Dağlıq Qarabağ bayrağı olsaydı, onu deyib yığışdırmaq olardı. Amma Ermənistan müstəqil dövlət olduğu üçün təəssüf ki, buna qarışmaq imkanımız yoxdur”.

Qeyd edək ki, daha əvvəllər də Azərbaycan klubları bu ölkədə oynayarkən Kipr yunanları və ermənilərin təxribatı ilə üzləşib. Belə ki, “Neftçi”nin APOEL və “Qəbələ”nin “Apollon”la görüşlərində Azərbaycan bayrağı yandırılıb, qondarma Dağlıq Qarabağın bayrağı yüksəldilib.

Səbuhi Musayev