ÇıxışYolu.Com - Kirkorovdan Aygünə təklif: Sən “hə” de, hər şeyi özüm edəcəyəm

ÇıxışYolu.Com – Kirkorovdan Aygünə təklif: Sən “hə” de, hər şeyi özüm edəcəyəm

Baxış sayı: 3. 626 dəfə baxılıb.

ÇıxışYolu.Com - Kirkorovdan Aygünə təklif: Sən “hə” de, hər şeyi özüm edəcəyəm

Xalq artisti Aygün Kazımova ilə Rusiyanın pop kralı Filipp Kirkorov “Jara” festivalının ikinci günü qırmızı xalça mərasimindən sonra jurnalistlərlə gorüşüb, onların suallarını cavablandırıblar.

ÇıxışYolu.Com xəbər verir ki, illər öncə yazdırdıqları “Calma” adlı mahnını yeni aranjimanda təqdim edən sənətçilər iş birliklərindən söz açıblar.

“Tamaşaçını təəccübləndirmək asan məsələ deyil. Amma Filippin sayəsində onları təəccübləndirməyi bacardım. İllərdir mən də, Filipp də səhnədə olmağımıza baxmayaraq, hazırda həyəcan keçiririk”, – deyə A.Kazımova bildirib.

F.Kirkorov, öz növbəsində, A.Kazımovanın ünvanına təriflər səsləndirib:

“Dostluğumuz və münasibətimizlə fəxr edirəm. 13 ildir yaxın dostluq edirik. Aygün Azərbaycan estradasının “kraliçasıdır”. Səhnənizin kraliçasını qoruyun. Onun gözəl və məlahətli səsi var”.

Filipp Aygünü növbəti illərdə “Avroviziya” səhnəsində görmək istədiyini dilə gətirib:

“Təəccüblənirəm ki, niyə hələ də Aygün “Avroviziya”ya getməyib. O, Avropanı fəth edə bilər. Aygünə prodüserlik edəcəyəm, mahnı yazacağam. Təsəvvür et, səninlə “Avroviziya”nın qırmızı xalçasından keçirik: kral və kraliça. Sən “hə” de, mən hər şeyi özüm edəcəyəm”.

Səmimi və dostluq mühütində keçən müsahibədən sonra iki məşhur “Jara”nın səhnəsinə çıxıb möhtəşəm duetləri ilə tamaçaçıları əyləndirib, o ki var coşdurublar.

Aygünlə Filippin səhnədəki unudulmaz perfomansı və rəqsləri o qədər sevilib ki, ilk dəfə “Jara” tarixində ifaçılar mahnını təkrar səsləndiriblər.

Beləcə A.Kazımova ilə F.Kirkorov hər kəsin səbirsizliklə gözlədiyi əsrarəngiz şou ilə tamaşaçıların yenidən rəğbətini qazanıblar.

Rəşad Əliyev