Ermənistanın həbsdə olan keçmiş prezidenti Robert Koçaryan ölkədə yeni siyasətçilərin və müxalifət partiyalarının meydana gəlməsinin “güclü siyasi qüvvə”nin yaranmasına gətirib çıxaracağını bildirib.
“Reuters” agentliyinin məlumatına görə, Koçaryan belə müxalifətdə yer almaq fikrində olduğunu deyib.
Onun sözlərinə görə, ötən il Ermənistanı bürüyən etiraz dalğası cəmiyyətin narazılıq kasasının dolması və dəyişiklik istəyi ilə bağlı olub.
“Mən bunu heç də inqilab adlandırmazdım, çünki ümumi götürəndə ölkədə heç nə dəyişmədi. Dəyişən bircə cəmiyyətdə aqressiyanın və rəhbərlikdə isə populizm və diletantlığın daha geniş təzahürü olub”, – deyə Koçaryan bildirib.