ÇıxışYolu.Com – Koçaryan Paşinyanı ittiham etdi

Baxış sayı: 2. 510 dəfə baxılıb.

ÇıxışYolu.Com - Koçaryan Paşinyanı ittiham etdi

Ermənistanın hazırkı baş naziri Nikol Paşinyan 2008-ci ilin martında İrəvanda baş verən kütləvi iğtişaşlara görə birbaşa məsuliyyət daşıyır.

Bu ittihamı ölkənin sabiq prezidenti Robert Koçaryan irəli sürüb. Onun sözlərinə görə, yeni hakimiyyət öz günahını inkar edir və bunu Koçaryanın üstünə yıxmaq istəyir.  

“Ermənistanın hazırkı baş naziri 2008-ci ilin 1 martındakı kütləvi iğtişaşlara görə birbaşa məsuliyyət daşıyır. Onun təsəvvüründə günahkar mənəm”, – deyə Koçaryan bildirib.

O, həmçinin Qarabağ münaqişəsinin nizamlanmasında fərqli mövqeyi müdafiə etdiyini və buna görə təqib olunduğunu ehtimal edib.